367463

İlham Əsgərovla vidalaşdılar – YENİLƏNİB – FOTO

12:04

Xalq artisti İlham Əsgərovla vida mərasimi keçirilib.

New.az-ın məlumatına görə, vida mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, aktyorun sənət dostları iştirak ediblər.

Ə.Vəliyev çıxış edərək İ.Əsgərovun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən, ömür yolundan danışıb və onun yoxluğunu Azərbaycan mədəniyyəti üçün itki kimi dəyərləndirib.

Vida mərasimindən sonra İ.Əsgərovun cənazəsi dəfn olunmaq üçün Masallı rayonuna yola salınıb.

367463 367463_0000 367463_01 367463_02 367463_03 367463_04 367463_05 367463_06 367463_07 367463_08 367463_09 367463_10 367463_11 367463_12 367463_13 367463_14 367463_15 367463_16 367463_17

New.Az

———–

7 Sentyabr 2015   10:49

Ötən gün dünyasını dəyişən xalq artisti İlham Əsgərov Masallıda dəfn olunacaq.

Akademik Milli Dram Teatrının mətbuat katibi Elçin Cəfərovun New.az-a verdiyi məlumata görə, İ.Əsgərov ailəsinin istəyi ilə Masallıda torpağa tapşırılacaq. Xalq artisti ilə vida mərasimi bu gün yaşadığı evdə – Mirəli Seyidov, 14 ünvanında olacaq.

Qeyd edək ki, 1958-ci il təvəllüdlü İ.Əsgərov sentyabrın 6-da öz evində qəflətən insult keçirməsi nəticəsində vəfat edib.

———–

6 Sentyabr 2015 23:56

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti İlham Əsgərov dünyasını dəyişib.

 

www.new.az