11990458_914958781917892_6395643169926580485_n

Azərbaycan Xorvatiya ilə bərabərliyə qaldı

Millimizin hesabında 5 xal var.

Bakıda “Bakcell Arena”da Avro-2016 seçmə mərhələsinin 7-ci turu çərçivəsində Azərbaycan və Xorvatiya yığmaları qarşılaşıblar.

New.Az xəbər verir ki, oyun 0:0 hesabı ilə bitib.

Bu nəticədən sonra, Xorvatiya yığması 14 xal ilə qrup lideridir. Ondan bir oyun az keçirən İtaliya 12 xalla 2-ci yerdədir. Norveçin 10, Bolqarıstanın isə 6 xalı var.

Azərbayca millisi 5 xalla beşinci yerdədir. Sonuncu pillədə isə 1 xalı olan Malta qərarlaşıb.

Bu gün Azərbaycanın da yer aldığı H qrupunda daha iki oyun keçiriləcək. Bolqarıstan doğma meydanda Norveçi, İtaliya isə Maltanı qəbul edəcək.

 

www.new.az