42777

Bu görüntülər Rusiyada skandala səbəb oldu – VİDEO

Milyarderin nəvəsi “Pul hər qapını açar ” adlı sosial testin yeni videosunu çəkib
Rusiyada milyarder İgor Nekladkonun 16 yaşındakı nəvəsi Qriqori Mamurin, “Pul hər qapını açar ” adlı sosial testin yeni videosunu çəkib. Bizimyol.info xəbər verir ki, yayılan yeni video da sosial şəbəkələrdə böyük skandala səbəb olub. Qriqori oğlanlara yaxınlaşaraq pul qarşılığında yanındakı qızı öpmək istədiyini deyib. Qəribədir ki, oğlanların bəziləri bunu qəbul edib. Təklifə razı olan oğlanlardan biri isə hətta bu hərəkətdən sonra, sevgilisini təhqir edərək onu tərk edib.
Çəkilişlərə davam edən Qriqori, daha sonra pul qarşılığında bir qızı it kimi yeriməyə dəvət edib və qız bu təklifi qəbul edib.  New.az həmin görüntüləri təqdim edir:

www.new.az