42997

Çarəsizliyin görüntüsü… – VİDEO

Vyanaya yollanan qatara girməyə çalışan miqrantlar
Suriyadan dünyanın dörd bir yanına üz tutmuş miqrantların sayı hər gün artır. New.az xəbər verir ki, miqrant problemini yaşayan ölkələrdən biri də Macarıstandır. Belə ki, miqrantların çoxu Macarıstana gəlir, oradan isə Almaniyaya üz tuturlar. Macarıstanın paytaxtından Avstriyanın paytaxtı Vyanaya yollanan qatara girməyə çalışan miqrantlara isə polis mane olur. Macar polisi yalnız  pasportu və Şengen vizası olan şəxsləri vağzala buraxır. Suriyadan olan qaçqınlar isə Vyanaya keçə bilmədikləri üçün öz etirazı müxtəlif üsullarla bildirirlər. Suriyalı miqrantlardan biri isə qeyri-adi üsulua əl atıb. O, arvadı və uşağı ilə birlikdə qatar relslərinə uzanaraq öz etirazını bildirib. Bizimyol.info həmin görüntüləri təqdim edir:

www.new.az