he

Habil Əliyev dünyasını dəyişdi

Xalq artisti uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

Xalq artisti Habil Əliyev dünyasını dəyişib.

New.az-a xalq artistinin yaxınları məlumat verib.

Onların sözlərinıə görə, Habil Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Kaman ustası Habil Əliyev səhhətində yaranan problemlərə görə avqust ayının 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, səhhəti normallaşandıqdan sonra müayinəsini evdə davam etdirməsi üçün avqust ayının 22-də evə buraxılmış, bir neçə gün əvvəl isə yenidən komaya düşmüşdü.

Allah rəhmət eləsin!

 

www.new.az