Azerbaijan's President Ilham Aliyev attends a session at the World Economic Forum (WEF) in Davos January 29, 2009. Business leaders and policymakers meeting in Davos turn their attention to financial regulation, energy, trade and global security after hearing China and Russia blame debt-fuelled consumption for massive financial collapse. REUTERS/Denis Balibouse    (SWITZERLAND)

İlham Əliyev Ərdoğana başsağlığı verdi

“Onlar heç vaxt öz çirkin məqsədlərinə çata bilməyəcəklər”.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

New.az xəbər verir ki, başsağlığı mətnində deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Hakkari vilayətinin Dağlıca bölgəsində törədilmiş terror aktı nəticəsində çoxsaylı türk hərbçilərinin şəhid olması və yaralanması xəbəri məni son dərəcə kədərləndirdi.
Türkiyə xalqı əmin ola bilər ki, bu terror hadisələrini törədənlər heç vaxt öz çirkin məqsədlərinə çata bilməyəcəklər.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!”

 

www.new.az