3845df18d077

Məkkədə faciə: Ölənlərin sayı 100-ü ötdü – YENİLƏNİB + FOTO + VİDEO

Ən son məlumat açıqlandı.

Məkkədə qaldırıcı kranın aşması nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb, 238 nəfər xasarət alıb.

New.Az-ın verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanı Mülki Müdafiə Nazirliyinin son açıqlamasında bildirilir.

Bundan əvvəl 87 nəfərin öldüyü, 184 nəfərin xəsarət aldığı bildirilirdi.

Hadisənin başvermə səbəblərinə dair rəsmi açıqlama hələ ki, verilməyib.

Yerli KİV-lər hadisəyə səbəb kimi güclü külək və yağıntılı havanı göstərirlər.

00:33

Məkkədə qaldırıcı kranın aşması nəticəsində ölənlərin sayı 87 nəfərə çatıb, 184 nəfər xasarət alıb.

New.Az-ın verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanı Mülki müdafiə nazirliyinin son açıqlamasında bildirilir.

Bundan əvvəl 52 nəfərin öldüyü, 30 nəfərin xəsarət aldığı bildirilirdi.

Qeyd edək ki, hazırda Məkkədə Həcc ziyarəti həyata keçirilir.

22:33

Məkkədə qaldırıcı kranın aşması nəticəsində ölənlərin sayı 52 nəfərə çatıb.

New.Az-ın xəbərinə görə, bu barədə “Əl-Ərəbiya” telekanalı xəbər verib.

Məlumata əsasən, daha 30 nəfər müxtəlif bədən xəsarətləri alıb. Səudiyyə Ərəbistanı Mülki Müdafiə nazirliyi ölənlərlə bağlı faktı təsdiqləyib.

Qeyd edək ki, hadisənin güclü yağış yağması nəticəsində baş verdiyi bildirilir.

21:14

Əldə olunan dəqiqləşdirilmiş məlumata əsasən Kəbədə qaldırıcı kran aşaraq yaxınlıqdakı tikilinin divarını uçurub.

New.Az-ın məlumatına görə, hadisə nəticəsində 10 nəfər ölüb, dağıntılar altında qalanlar da var.

Azərbaycan vətəndaşları arasında zərərçəkən yoxdur. Azərbaycandan Məkkəyə gedən azərbaycanlı zəvvarlar Mədinədə mehmanxanalara yerləşdirilib.

20:16

Kəbədə Ümrə ziyarəti zamanı güclü partlayış baş verib, çoxlu sayda ölən var.

New.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu gün cümə namazından sonra zəvvarlar Ümrə ziyarəti həyata keçiriblər.

Bu zaman güclü yağış başlayıb və qəfildən partlayış səsi eşidilib. Jurnalist səsin ildırım səsinə bənzədiyini deyib. Partlayışdan sonra Kəbənin içərisində güclü dağıntı baş verib. Dağıntılar altında çoxlu sayda insanın qaldığı bildirilir.

12007319-1201422389883487-1050236105-n-124 (1) 11999936-1201422373216822-1894842708-n 11998224-1201422399883486-1355412420-n-591 3845df18d077

 

www.new.az