general_15_

“Rixos Quba Azərbaycan” otelinin sahibi dəyişməyib – AÇIQLAMA

Otel rəhbərliyi danışdı.

Sentyabrın 10-da bəzi yerli mətbu orqanlarda Qubada yerləşən “Rixos Quba Azərbaycan” otelinin sahibinin dəyişməsi barədə məlumatlar yayılıb.

Bildirmək istəyirik ki, bu məlumatlar tam cəfəngiyyatdır.

Bu barədə New.az-a otelin rəhbərliyindən bildirilib.

Verilən məlumata görə, “Rixos Quba Azərbaycan” oteli hal-hazırda “Garant Holding”in nəzarəti altındadır və ona məxsusdur.

“Rixos Quba Azərbaycan” otelinin sahibinin dəyişdirilməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil”, – deyə, otelin nümayəndəsi qeyd edib.

 

www.new.az