lira

Türkiyədə dolların məzənnəsi 3 lirədən aşağı düşdü

Terror hücumları dollar lirə münasibətlərinə təsir göstərib.

Sentyabrın 6-da Türkiyənin Dalğıc bölgəsinə PKK hücumundan sonra, dolların rəsmi məzənnəsi ən yüksək səviyyəyə 3,0475 TL -ə yüksəlib.

New.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazır.

Qlobal bazarlarda baş verən müsbət dəyişikliklərlər əlaqədar olaraq, bu gün səhər saatlarında isə 1 ABŞ dolları 3 lirədən aşağı düşüb.

Qeyd edək ki, sentyabrın 8-də PKK tərəfindən növbəti hücumlardan sonra dolların rəsmi məzənnəsi 3,0201 / 3,0215 lirəni aşmışdı.

Onu da əlavə edək ki, ekspertlər isə bildirib ki, ölkədə baş verən proseslər və ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz artmına getməsi ilə əlaqədar xəbərlər dollar lirə münasibətlərinə təsir göstərməkdə davam edəcək.

 

www.new.az