iphone6s

Yeni iPhone-lar Azərbaycanda nə vaxt satışa çıxarılacaq? – AÇIQLAMA

Alma Store məlumat yaydı.

Apple şirkətinin təqdim etdiyi yeni iPhone 6s və iPhone 6s Plus smartfonlarının Azərbaycanda oktyabrda satışa çıxarılacağı güman olunur.

New.Az-a bu barədə Alma Store-dən (Apple-ın Azərbaycandakı rəsmi tərəfdaşı) bildirilib.

Şirkət qeyd edib ki, sentyabrın sonunda bu məhsullar ABŞ bazarında satışa çıxarılacaq. Azərbaycanda satışlar oktyabr ayına təsadüf edəcək.

Qeyd edək ki, Apple şirkəti yeni iPhone 6s və iPhone 6s Plus smartfonlarını artıq ictimaiyyətə təqdim edib.

Onu da əlavə edək ki, Apple şirkəti yeni iPhone 6s və iPhone 6s Plus smartfonlarını sentyabrın 25-dən etibarən 12 ölkədə satışa çıxaracaq.

Yeni iPhone 6s-in qiyməti 649 dollar (16 Qb), 699 dollar (64 Qb), 749 dollar (128 Qb) təşkil edir.

 

www.new.az